Bu qurumun əməkdaşları ağır qəza keçirdi - Ölən və yaralananlar var - FOTO

Tərtərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Bu qurumun əməkdaşları ağır qəza keçirdi - Ölən və yaralananlar var - FOTO
Tərtərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı "VAZ-2106" markalı avtomobillə "Opel" markalı minik maşını toqquşub. Nəticədə "VAZ-2106"da olan sərnişin, Ağdam rayon sakini 24 yaşlı Kənan Novruzov hadisə yerində həyatını itirib. Qəza zamanı Bərdə rayon sakinləri - 26 yaşlı Nurlan Şirinov və 59 yaşlı Qabil Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.