Bu qadınlarda uşağın ölü doğulması riski yüksəkdir

Yeniyetmələrdə hamiləlik zamanı fəsadların baş vermə riski arta bilər. Özbaşına düşük, vaxtından əvvəl doğuş və uşağın ölü doğulması ehtimalı yeniyetmə yaşlarında hamilə olan qadınlarda bir qədər yüksəkdir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-metodisti Afət Məmmədova açıqlayıb.

Onun sözlərinə görə, doğuş zamanı da problemlərlə rastlaşmaq ehtimalı var. "Çünki yeniyetmələrdə çanağın fiziki yetişkənliyi başa çatmadığı üçün obstruktiv doğuş, yəni doğuş sancıları olsa da, dölün irəliləyişi müşahidə edilmir. Ləng doğuş, qanaxma kimi fəsadlara da bu yaşda daha tez-tez rast gəlinə bilər", - deyə o qeyd edib.

A.Məmmədova bildirib ki, yeniyetmələrdə doğuşdan sonrakı depressiya halları da tez-tez müşahidə olunur.