Bu küçələrdə də taksiyə minib-düşə bilərsiniz

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daha 3 ünvanda minib-düşmə yerləri yaradılıb. 

Bu küçələrdə də taksiyə minib-düşə bilərsiniz
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daha 3 ünvanda minib-düşmə yerləri yaradılıb. 

meqale.com AYNA-ya istinadən xəbər verir ki, minib-düşmə yerləri Neftçilər və Bülbül prospektlərinin kəsişməsində Bakı Biznes Mərkəzinin yaxınlığında, Zivərbəy Əhmədbəyov və Əlibəy Hüseynzadə küçələrinin kəsişməsinin yaxınlığında, 8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsinin (Blue Mall) yaxınlığında (üzü mərkəz istiqamətində) yerləşir.

Mindirib-düşürmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli və təhlükəsizlik, manevretmə qaydalarına əməl edilməlidir.