Bu il Azərbaycanda istilik mövsümünün başlaması gecikəcək?

Son günlər Bakıda hava şəraiti sabit keçsə də, istilik mövsümünün başlaması gecikməyəcək.

Bu il Azərbaycanda istilik mövsümünün başlaması gecikəcək?
Son günlər Bakıda hava şəraiti sabit keçsə də, istilik mövsümünün başlaması gecikməyəcək.

meqale.com report-a istinadən xəbər verir ki, "Azəristiliktəchizat" ASC-dən məlumat verilib.

"Artıq noyabrın 1-dən respublikanın 9 dağlıq şəhər və rayonunda (Xaçmaz, Qəbələ, Quba, Qusar, Lerik, Şamaxı, Siyəzən, Şabran, Şuşa) istiliyin verilməsinə başlanılıb. Digər ərazilərdə isə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm ərzində 561 qazanxana fəaliyyət göstərəcək. Ümumilikdə respublika üzrə 3 870 yaşayış binası, 151 səhiyyə müəssisəsi və 2500-ə yaxın digər obyektlər, o cümlədən Bakıda 175 məktəb, 127 uşaq baxçası, bölgələrdə 110 məktəb, 34 uşaq baxçası mərkəzləşdirilmiş istiliklə təmin ediləcək", - deyə qurumdan bildirilib