"Bu, erməni xalqının maraqlarına cavab vermir"
Ermənistan rəhbərliyinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minsk görüşündə iştirakdan imtina etməsi erməni xalqının maraqlarına cavab vermir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bugünkü brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin bu qərarı təəssüf doğurur.
"Ermənistan rəhbərliyinin KTMT-nin birgə iclasında iştirak etməmək qərarı əlbəttə ki, təəssüf doğurur. Biz bunun erməni xalqının uzunmüddətli maraqlarına cavab verdiyini hesab etmirik", - o deyib.
Xatırladaq ki, noyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan da Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında noyabrın 23-də KTMT-nin iclasında iştirak etməyəcəyini bildirib.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan parlamentinin spikeri Alen Simonyan Kollektiv KTMT-nin Minsk görüşündə iştirak etməyəcəklərini bildiriblər.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun