Bu dəfə avtomobil yox, parklanma lövhəsini oğurladılar

Bakıda 1400 manat dəyərində parklanma lövhələri oğurlanıb.

Bu dəfə avtomobil yox, parklanma lövhəsini oğurladılar
Bakıda 1400 manat dəyərində parklanma lövhələri oğurlanıb.

Bu barədə meqale.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, noyabrın 3-də Səbail rayonu ərazisindən 1400 manat dəyərində 2 ədəd parklanma lövhəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

Əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Niyaməddin Fərəcov müəyyən olunaraq saxlanılıb.