Britaniya XİN 3 vətəndaşının "Titan" batiskafında öldüyünü açıqlayıb
Atlantik okeanında qalıqları tapılan "Titan" batiskafında olan 3 Böyük Britaniya vətəndaşı həlak olub.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Birləşmiş Krallığın XİN rəhbəri Ceyms Kleverli özünün "Twitter" səhifəsində yazıb.
"Beynəlxalq axtarış əməliyyatı zamanı sualtı nəqliyyat vasitəsinin bütün sərnişinlərinin həlak olduğu təsdiqlənib. Batiskafda 3 vətəndaşımız olub. Onlar da həlak olublar. Böyük Britaniya hökuməti həlak olanların ailələrinə dəstəyini bildirir və dərin hüznlə başsağlığı verir", - deyə nazir bildirib.