Britaniya Rusiya nümayəndələrinə BMT-nin sessiyasında iştirak üçün viza vermədi

Böyük Britaniya hökuməti Birləşmiş Millətlər Təşkilatının (BMT) Pensiya Fondunun Şurasının sessiyasında iştirak etmək üçün Rusiya nümayəndələrinə viza verməkdən imtina edib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin saytında məlumat verilib.

Məlumatda Böyük Britaniya hökumətinin Beynəlxalq Dəniz Təşkilatının (IMO) dəvəti ilə iyulun 23-dən 28-dək Londonda keçirilən BMT Birləşmiş Pensiya Fondunun Şurasının sessiyasında iştirak etmək üçün rusiyalı nümayəndələrə viza verilməməsi "məsuliyyətsizlik" olaraq adlandırılıb.

"Həmkarlarımıza müvafiq olaraq BMT Baş Assambleyası və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Konfransı tərəfindən bu rəhbər orqanları təmsil etmək səlahiyyəti verilmişdi", - məlumatda deyilir.