Braziliya millisində ciddi itki - FOTO
Braziliya millisinin qapıçısı Alisson komandanın düşərgəsini tərk edib.
meqale.com xəbər verir ki, buna qolkiperin zədələnməsi səbəb olub.
O, DÇ-2026-nın seçmə mərhələsinin Kolumbiya ilə görüşündə (2:1) xəsarət alıb. Beyin silkələnməsi şübhəsi olan qapıçı başgicəllənməsi səbəbindən əvəzlənib. O, "Liverpul"un düşərgəsinə qayıdacaq və İngiltərədə müayinələrdən keçəcək.