"Bitləri ölkəyə Rusiya göndərir"
Taxta bitlərinin artmasının səbəbi Rusiyadır.
meqale.com xəbər verir ki, bu iddia ilə Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Fabien Mandon çıxış edib.
O, bu barədə Ouest-France qəzetinə açıqlamasında bildirib.
Mandonun sözlərinə görə Rusiya Qərb cəmiyyətlərini yaxşı tanıyır və onların əsas gücünün birlikdə olduğunu bilir. "Əgər Moskva bu birliyi pozmağa və insanları bir-birinə qarşı qoymağa nail olsa, bu, onun üçün qələbə sayılacaq. O, artıq bunu belə üsullarla həyata keçirir.
Xatırladaq ki, Fransa mediası son aylarda ölkədə bitlərin sayının sürətlə artdığını yazır. BFMTV-nin məlumatına görə, ötən bir il ərzində bu cür halların sayı iki dəfə çoxalıb, iyun ayında isə dezinfeksiya xidmətlərinə 77 mindən çox müraciət daxil olub.