Birinci yarımil üzrə Azərbaycan banklarının ümumi gəlirlərinin RENKİNQİ
Cari ilin yanvar-iyun ayları üzrə Azərbaycanda fəaliyyət göstərən bankların ümumi gəlirlərinin həcmi açıqlanıb.
meqale.com bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, ümumi gəlirlərinin həcmi ən yüksək olan bank "Kapital Bank" olub. Bankın ümumi gəlirlərinin həcmi 872,997 milyon manat təşkil edib.
İkinci sırada 730,674 milyon manat ümumi gəlirlər ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) dayanıb. Siyahının üçüncü pilləsində isə 403,815 milyon manat ümumi gəlirlər ilə "PAŞA Bank" qərarlaşıb.
Ümumi gəlirlərinin həcmi ən az olan bank isə "Bank Melli İran" Bakı filialı olub. Bankın ümumi gəlirlərinin həcmi 9,223 milyon manat təşkil edib.