Bir ailənin 3 üzvü "Kumpir"dən öldü

Almaniyadan İstanbula istirahətə gələn dörd nəfərlik ailənin Ortaköy gəzintisi faciə ilə nəticələnib.

Bir ailənin 3 üzvü
Almaniyadan İstanbula istirahətə gələn dörd nəfərlik ailənin Ortaköy gəzintisi faciə ilə nəticələnib.

meqale.com xəbər verir ki, ailənin üç və altı yaşlı övladları Kadir Muhammet və Masal yedikleri kumpir və midyədən zəhərlənərək həyatlarını itiriblər.

Bu gün isə ana Çiğdem B. də dünyasını dəyişib. Ata isə hazırda reanimasiya şəraitində süni tənəffüs aparatına qoşulmuş vəziyyətdədir.

Ailənin yemək yediyi restoran Beşiktaş Bələdiyyəsi tərəfindən müddətsiz olaraq bağlanıb və mühürlənib.