Benzema buna görə “Real”dan gedib

Fransa millisinin keçmiş hücumçusu Kərim Benzema 2023-cü ilin yayında "Real"dan ayrılmaq qərarının səbəbini açıqlayıb.

Benzema buna görə “Real”dan gedib
Fransa millisinin keçmiş hücumçusu Kərim Benzema 2023-cü ilin yayında "Real"dan ayrılmaq qərarının səbəbini açıqlayıb.

meqale.com-ın xarici mediaya istinadla xəbərinə görə, hücumçu yerini gənc futbolçulara verməyə hazır olduğunu bildirib.

"Real"dan ayrılmaq qərarına gələndə ilk zəng etdiyim şəxs Florentino Peres oldu. O, məni tam başa düşmədi... Ona gənc ulduzlar Vinisius və Rodriqonun hazır olduğunu dedim".

Benzema "Real"a qarşı oynamaq istəmədiyi üçün Səudiyyə Ərəbistanına gedib.

"Səudiyyə Ərəbistanına getmək qərarım həm də ona görə idi ki, "Real"ı zirvədə tərk etmək istəyirdim. Və həyatımda heç vaxt "Real"a qarşı oynamaq istəməzdim", - Benzema vurğulayıb.