Batut gimnastikası üzrə 8-ci açıq Azərbaycan çempionatı və açıq Bakı birinciliyinin yekun gününə start verilib
Fevralın 16-da Bakı Olimpiya İdman Kompleksində batut gimnastikası üzrə 8-ci açıq Azərbaycan çempionatı və açıq Bakı birinciliyinin yekun gününə start verilib.
meqale.com Trend-ə istinadən bildirir ki, bu gün gimnastlar batut üzərində sinxron tullanışlar üzrə proqramlarda çıxış edəcəklər.
Bütünlükdə yarışlarda "Ocaq Sport" Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, Qazaxıstan, Latviya, Sloveniya və Gürcüstanın batut gimnastikası üzrə milli komandası, eləcə də, Gürcüstanın "Şevardeni" və Batumi klublarını təmsil edən 110 idmançı iştirak edir.
Gimnastlar balacalar (2017-ci il), uşaqlar (2014-2016), yeniyetmələr (2012-2013), gənclər (2008-2011) və böyüklər (2007-cı il və daha böyük) yaş kateqoriyaları üzrə çıxış edirlər.