"Barselona" Ukrayna klubunu məğlub etdi

İspaniyanın "Barselona" klubu Çempionlar Liqasının qrup mərhələsində Ukraynanın "Şaxtyor" klubuna qalib gəlib. 

İspaniyanın "Barselona" klubu Çempionlar Liqasının qrup mərhələsində Ukraynanın "Şaxtyor" klubuna qalib gəlib. 

meqale.com lente istinadən bildirir ki, Barselonada baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Kataloniyalıların qollarını Ferran Torres və Fermin Lopez Martin vurub.

Qonaqların yeganə qolunu Georgi Sudakov vurub.

Üçüncü görüşdə qazandığı üçüncü qələbə sayəsində "Barselona" H qrupunda liderliyini möhkəmləndirib. Komandanın 9 xalı var. "Şaxtyor" üç xalla üçüncü pillədə qərarlaşıb. Kvartetə həmçinin Portuqaliyanın "Porto"su (üç xal) və Belçikanın "Antverpen"i (xalı yoxdur) daxildir.