Bakının əsas prospektində hərəkət məhdudlaşdırılacaq
Bakının Ziya Bünyadov prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bakının Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində inşa olunan yeni yerüstü piyada keçidinin yürüyüş zolağının quraşdırılması ilə əlaqədar bu gecə saat 01:00-dan səhər saat 07:00-a qədər işlərin aparıldığı zolaq üzrə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.