Bakıda bu binalar plana düşdü: Sakinlərə kompensasiya, yeni mənzillər veriləcək
Bakıda daha bir ərazidə binalar plana düşüb, söküntü işlərinə başlanır.
meqale.com xəbər verir ki, söhbət paytaxtın Nizami rayonundakı istismar müddətini başa vurmuş 5 mərtəbəli bir neçə yaşayış binasından gedir.
Köhnə tikili binaların sökülməsi sakinlər tərəfindən müsbət qarşılanır.
Layihəni həyata keçirən "Kursus Nizami" MTK-dan bildirilib ki, ərazidə 5 binanın söküntüsü baş tutacaq. 5 mərtəbəli köhnə binaları yeni 16 mərtəbəli binalar əvəzləyəcək.