Azərbaycanda iş adamı həbs edildi

Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən "Baza Hotel Spa" mehmanxanasının müdiri saxlanılıb.

Azərbaycanda iş adamı həbs edildi
Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən "Baza Hotel Spa" mehmanxanasının müdiri saxlanılıb.

meqale.com xəbər verir ki, 1990-cı ildə Bakı şəhərində anadan olmuş Nicat Sadıqzadə hoteli əxlaqsızlıq yuvası kimi istifadə etməkdə ittiham olunub.

Onunla bərabər hotelin qeydiyyatçısı, 2000-ci il təvəllüdlü Turxan da saxlanılıb. Onların Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, Nicat Turxana hoteldə qalmaq üçün gələn adi müştərilərə otağın gününü 50 manatdan verməyi, dincəlmək üçün qadınla gələn kişi müştərilərə isə 70 manata verməyi tapşırıb. Turxan müştərilərdən aldığı pulları Nicata verib.

Nicat Sadıqzadə məhkəmədə özünü qismən təqsirli bilib və ifadəsində göstərib ki, hotel faktiki olaraq onun bibisi oğlu Fərid Sadıqzadəyə məxsusdur. Bibisi oğlu Fərid qeyd olunan hotelin idarəsini ona həvalə edib.

Həmçinin qeyd edib ki, Turxanı yaxşı təlimatlandırmadığından müdir olduğu hotel əxlaqsızlıq yuvası kimi istifadə edilib. Buna görə özünü təqsirli bilib.