Azərbaycanda 16 yaşlı məktəbli atasını öldürdü
Biləsuvarda qətl hadisəsi baş verib.
meqale.com APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb.
Oktay Balaqardaş oğlu Soltanov yaşadıqları mənzildə övladı tərəfindən bıçaqlanıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
Atasını öldürdüyü deyilən oğul 16 yaşlı məktəblidir. Hadisəyə ailədaxili münaqişənin səbəb olması bildirilir.
Fakla bağlı araşdırma aparılır.