Azərbaycan Premyer Liqasında XV tura iki oyunla start verilir
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start veriləcək.
İlk oyun günündə iki qarşılaşma keçiriləcək.
"Araz-Naxçıvan" "Səbail"lə üz-üzə gələcək. Görüş saat 16:00-da start götürəcək. Paytaxt klubu 22 xalla 4-cü, Naxçıvan təmsilçisi 21 xalla 5-ci pillədə qərarlaşıb.
İkinci matçda "Sumqayıt" "Turan Tovuz"un qonağı olacaq. Bu oyun saat 18:30-da başlanacaq. "Gənclik şəhəri" təmsilçisi 22 xalla 3-cü, meydan sahibləri 15 xalla 8-ci yerdədir.
Azərbaycan Premyer Liqası
XV tur
16:00. "Araz-Naxçıvan" - "Səbail" Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Rəhman İmami, Kamran Əliyev Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Namiq Əliyev "Dalğa Arena"
18:30 "Turan Tovuz" - "Sumqayıt" Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Yavər Rəhimov Tovuz şəhər stadionu
Qeyd edək ki, turun digər matçları 3-4 dekabrda olacaq.