Aysel Teymurzadənin yeni FOTOsunu paylaşdı

İllərdir Türkiyədə yaşayan aparıcı Nurlana Cəfərova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Aysel Teymurzadənin yeni FOTOsunu paylaşdı
İllərdir Türkiyədə yaşayan aparıcı Nurlana Cəfərova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

meqale.com baku.ws-ə istinadən bildirir ki,  o şəxsi instaqram hesabında Avroviziya təmsilçilərimizdən olan Aysel Teymurzadə ilə olan fotosunu paylaşıb.

Nurlana Aysellə 20 ildir rəfiqə olduğunu qeyd edib:

"Elə insanlar var ki, onlar sənin uşaqlığının, gəncliyinin, indiki halının şahididir. Həyatınızda olan heç kim təsadüfi deyil. Əsl dostluqlar sınanan dostluqlardır. Biz o sınaqları "5+" ilə keçmişik. 20 illik dostum, rəfiqəm, bacı dediyim insan... Özü gözəl, qəlbi gözəl, səsi gözəl Aysel Teymurzadə..."

Sözügedən fotonu Aysel də sosial şəbəkə hesabında yayımlayıb. O şəkilə ingilis dilində "20 ildir rəfiqəm olduğun üçün təşəkkür edirəm. Səni çox sevirəm" sözlərini yazıb.