Avtobus üzüm bağına aşdı - Xəsarət alanlar var
Türkiyənin Manisa vilayətində ağır yol qəzası baş verib.
meqale.com Trend-ə istinadən bildirir ki, hadisə Şahzadələr rayonunda qeydə alınıb.
Məlumata əsasən, İzmir-Mersin istiqamətində gedən şərnişin avtobusunun sürücüsü idarəetməni itirərək üzüm bağına aşıb.
Hadisə nəticəsində 15 nəfər yaralanıb. Yaralananlar xəstəxanaya yertləşdirilib. Onların vəziyyəti yaxşı olduğu bildirilib.