Aviaqəzada ölən aktyorun 3 gün əvvəlki mesajı: “Cənnətdən salamlar” - VİDEO
10 və 12 yaşlı qızları ilə birlikdə təyyarə qəzasında həlak olan Hollivud aktyoru Kristian Oliverin faciəvi qəzadan 3 gün əvvəl sosial şəbəkədə izləyicilərinə "cənnətdən salamlar" məzmunlu mesaj ünvanladığı məlum olub.
meqale.com musavat.com-a istinadən bildirir ki, bu barədə "The New York Post" qəzeti yazıb.
Nəşr qeyd edir ki, faciədən cəmi üç gün əvvəl Oliver istirahətdə olduğu Karib dənizindəki çimərlikdən fotosunu sosial şəbəkələrdə yerləşdirib. "Cənnətin bir guşəsindən salamlar! Cəmiyyətə və sevgiyə doğru... 2024, biz buradayıq", - K.Oliver postda yazıb.
Nəşrin jurnalistləri bu təsadüfü "tükürpədici" adlandırıblar.
Aktyor Kristian Oliver Karib dənizində şəxsi təyyarəsi ilə qəzaya uğrayıb. Aktyorun 51 yaşı var idi.