"Arka Sokaklar"ın yeni seriyası nə vaxt yayımlanacaq?
Türkiyənin ən uzunömürlü serialı "Arka Sokaklar" dünən gecə də yayımlanmayıb.
meqale.com xəbər verir ki, buna səbəb RTÜK-ün tətbiq etdiyi qadağa müddətinin hələ bitməməsidir.
Kanal D "Arka Sokaklar" serialının yerinə sənədli film yayımlayıb. Serialın cəza müddəti 3 yanvar tarixinə qədər davam edəcək.
RTÜK serialın yayımladığı bəzi səhnələrdə dini inancların yalnız bir qrup və ya şəxsin əlindəymiş kimi göstərilməsi və dövlətin hüquq-mühafizə orqanlarına qarşı təhdidkar ifadələrin yer almasını yayım prinsiplərinə zidd hesab edib. Bu səbəblə Kanal D-yə inzibati cərimə ilə yanaşı, serial üçün də yayımdan dayandırma cəzası tətbiq olunub.