Arılar ölür, bəs bal bahalaşacaq? - AÇIQLAMA
Son bir neçə ayda arı ailələrində yayılan xəstəliklər Dağlı kəndinin əksər təsərrüfatlarına ciddi ziyan vurub. 40 nəfərin arıçılıqla məşğul olduğu bu kənddə 3000-dən çox arı ailəsi var. Yaz, yay başlayaraq xəstəliklərin kütləviləşməsi nəticəsində arı ailələrinin 80 faizindən çoxu məhv olub.
meqale.com xəbər verir ki, fermerlərin sözlərinə görə, arıların məhv olmasına səbəb kimi hava şəraitinin dəyişməsi, kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələr və ya yoluxucu xəstəliklər göstərilir.
Məsələ ilə bağlı arıçılıq üzrə mütəxəssis Məmmədnəbi Qurbanov bildirib ki, bu sahə ilə bağlı daimi monitorinqlər keçirilsin. Arıçılara da müəyyən təhsil verilsin ki, onlar da xəstəliklə mübarizədə daha məlumatlı olsunlar.
Qeyd edək ki, Zaqatalada 2000-dən çox şəxs arıçılıqla məşğul olur. Arı ailələrinin sayı isə 40 minə yaxınlaşır. Ekspertlərin sözlərinə görə, arıların belə tələf olması balın qiymətinə də təsir edə bilər.