Arif Buzovnalının dəfn yeri MƏLUM OLDU - Yenilənib
Azərbaycan Yazıçılar birliyinin üzvü şair, qəzəlxan Arif Buzovnalı Buzovna qəbiristanlığında ("Xrustlnı") dəfn ediləcək.
Bu barədə meqale.com-a Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib.
Bildirilib ki, şair ilə vida mərasimi onun evində keçiriləcək. Mərhum saat 16:30-da Məşədi Qərib Məscidindən son mənzilə yola salınacaq.
xxx
Azərbaycan Yazıçılar Birliyinin Xəzər (Bakı) bölməsinin sədri, şair, qəzəlxan, tədqiqatçı, şeirşünas Əliyev Arif Rauf oğlu (Arif Buzovnalı) vəfat edib.
meqale.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkə hesablarında məlumat veriblər.
Şairin bu gün uzun sürən ağır xəstəlikdən yaşadığı evdə dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, Arif Əliyev 1972-ci il sentyabrın 6-da Xəzər rayonunun Buzovna qəsəbəsində anadan olub.