Argentina prezidentinin iti klonlaşdırılıbmış

Argentinanın prezidenti seçilən ifrat sağçı Xavyer Mileyin iti Konanı klonlaşdırdığı məlum olub.

Argentina prezidentinin iti klonlaşdırılıbmış
Argentinanın prezidenti seçilən ifrat sağçı Xavyer Mileyin iti Konanı klonlaşdırdığı məlum olub.

meqale.com publika.az-a istinadən xəbər verir ki, köpəyi Konanın hüceyrələrini ABŞ-ın PerPETuate klonlama şirkətinə göndərən Miley klonlaşdırma nəticəsində 5 bala sahibi olub . Miley beş baladan birinə Konan adını verib. Digər dördünə isə heyran olduğu iqtisadçıların - Milton Fridman, Murray Rothbard, Robert və Lukasın adlarını verib.

Miley deyir ki, 2017-ci ildə qondarma qəhrəman Konan Barbarın şərəfinə adlandırdığı çoban iti Konanın ölümü ona çox təsir edib:

"Həyatımda çox pis anlar yaşadım və yanımda olan yeganə insanlar bacım və Konan idi. Miley bir vasitənin köməyi ilə ölü və diri - bütün itləri ilə ünsiyyət qurduğunu iddia edir.

"Dəli adlandırılmaqla bağlı nə fikirləşirsiniz" sualına Miley, "Dahi ilə dəli arasındakı fərq uğurdur" cavabını verib. İfrat sağçı siyasətçi noyabrın 19-da keçirilən seçkilərdən sonra Argentinanın prezidenti seçilib .