Almaniya Ukraynaya yeni hərbi texnikalar göndərdi

Almaniya Ukraynaya yeni hərbi texnika tədarük edib.

Almaniya Ukraynaya yeni hərbi texnikalar göndərdi
Almaniya Ukraynaya yeni hərbi texnika tədarük edib.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Bundestaqın saytında məlumat verilib.

Ukraynaya son bir həftə ərzində iki minatəmizləmə tankı təhvil verilib. T-72 tankları üçün 11 mina əleyhinə avadanlıq gətirilib.

Almaniya Danimarka və Norveçdən Ukraynaya iki "Zuzana 2" özüyeriyən haubitsasının təhvil verildiyini təsdiqləyib.