94 yaşında da sözün gücü: Nəriman Həsənzadənin yeni görüntüsü yayıldı - VİDEO

Xalq şairi Nəriman Həsənzadənin xəstəxanadan evə buraxıldıqdan sonrakı yeni görüntüləri ictimaiyyətə təqdim olunub.

94 yaşında da sözün gücü: Nəriman Həsənzadənin yeni görüntüsü yayıldı - VİDEO
Xalq şairi Nəriman Həsənzadənin xəstəxanadan evə buraxıldıqdan sonrakı yeni görüntüləri ictimaiyyətə təqdim olunub.

meqale.com xəbər verir ki, kadrları jurnalist Turan Etibaroğlu sosial şəbəkə hesabında paylaşıb. O, paylaşımında şairin yaşına baxmayaraq yaradıcılıq ruhunu qoruduğunu vurğulayıb:

"94 yaş... Amma söz hələ də yaşayır. Nəriman Həsənzadə yenə yazır. Bu da sübutdur ki, şairlik peşə deyil, taledir".

Qeyd edək ki, Xalq şairi bir müddət əvvəl böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.