"90 günlük nişanlım"ın ulduzu oğru çıxdı - FOTO
Realiti şou ulduzu oğurluqda ittiham edilir.
meqale.com bildirir ki, ABŞ telekanalında yayımalanan "90 Day Fiancé" verilişinin ulduzu Leida Margaretha oğurluq etdiyinə görə tutulub.
O, bundan başqa dələduzluqda da təqsirli bilinir. Məlum olub ki, şou ulduzu bəzi sənədlərin saxtalaşdırılmasına şərait yaradıb.
Qeyd edək ki, "90 Day Fiancé" şousu 2014-cü ildən etibarən 9 mövsümdür ki yayımlanır. Veriliş bir növ izdivac proqramıdır. Cütlüklərin bir-birini tanıması üçün 90 gün vaxt verilir.