29 yaşlı ata bıçağı azyaşlı uşaqlarının ürəyinə sancdı
Udmurtiyada 29 yaşlı ata həyat yoldaşından boşandığı üçün yeddi yaşlı oğlu və üç yaşlı qızını öldürüb.
meqale.com lente istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.
İdarədən verilən məlumata görə, noyabrın 18-də səhər saatlarında təqsirləndirilən şəxs boşanma prosesinə görə həyat yoldaşına qarşı düşmənçilik zəminində bıçağı balaca uşaqlarının ürəyinə sancıb. Onlar sağ qalmayıblar.
Daniil S. daha sonra qaçsa da, meşədə yaxalanıb.