2025-ci ildə itirdiklərimiz

2025-ci il Azərbaycan üçün bir çox tanınmış simaların itkisi ilə yadda qalıb.

2025-ci ildə itirdiklərimiz
2025-ci il Azərbaycan üçün bir çox tanınmış simaların itkisi ilə yadda qalıb.

meqale.com xəbər verir ki, il ərzində mədəniyyət, incəsənət, siyasət, media və ictimai həyatın müxtəlif sahələrində iz qoymuş şəxslər dünyasını dəyişib.

Azər Baxşəliyev - aktyor, 5 yanvar 2025-ci il 39 yaşında uzun sürən böyrək çatışmazlığı səbəbilə vəfat edib. "Bozbash Pictures"dəki rolları ilə tanınırdı.

Çimnaz Sultanova - aktrisa 15 yanvar 2025-ci ildə dünyasını dəyişib. Doğum günündə bağırsaq xərçəngindən vəfat edib.

Abdolbari Gözəl -  "Azərsun Holdinq"in prezidenti Abdolbari Gözəl 18 yanvar 2025-ci ildə 76 yaşında Dubayda vəfat edib. 21 il əvvəl iş adamları arasında ilk dəfə Azərbaycan Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib. Eyni zamanda, şirkətlər qrupunun rəhbəri 2016-cı ildə "Şöhrət" ordeni ilə mükafatlandırılıb.

İlyas İsmayılov - 1985-1990-cı illərdə Azərbaycan Respublikasının baş prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri vəzifələrində çalışan İlyas İsmayılov 17 fevral 2025-ci il 87 yaşında vəfat edib. Multiorqan çatışmazlığından dünyasını dəyişib.

Tamilla Şirəliyeva - balet ustası, Xalq artisti Tamilla Şirəliyeva12 martda 79 yaşında dünyasını dəyişib. Uzun müddət şəkərli diabet xəstəliyindən əziyyət çəkən sənətkarın vəziyyəti pisləşib. Əməliyyat olunduqdan sonra beyninə qan sızması nəticəsində dünyasını dəyişib.

Ənvər Həsənov - Xalq artisti, aktyor və rejissor Ənvər Həsənov martın 16-da 75 yaşında vəfat edib. Teatr və kino sənətində iz qoyub.

Arif Babayev - Xalq artisti Arif Babayev 1 avqustda 87 yaşında vəfat edib. O, uzun illər Azərbaycan Dövlət Filarmoniyasının və Opera və Balet Teatrının solisti olub, 1990-cı ildə muğam professoru adını alıb.

Elçin Əfəndiyev - Xalq yazıçısı, 3 avqustda 82 yaşında vəfat edib. O,1998-ci ildə "Azərbaycan Respublikasının Xalq yazıçısı" fəxri adına layiq görülüb.

Vidadi Babanlı - Yazıçı və tərcüməçi olan Vidadi Babanlı 16 avqustda 98 yaşında vəfat edib.Yazıçı 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub, 1986-cı ildə Əməkdar incəsənət xadimi, 2022-ci ildə isə "Şərəf" ordeni ilə təltif edilib.

Məmməd İsmayıl - Şair, 19 avqustda 85 yaşında ağciyər xərçəngindən dünyasını dəyişib. Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. Ötən ildən sağlamlığındakı problemlər ciddiləşib və mütəmadi olaraq xəstəxanada müalicə alırdı.

Cabir İmanov - Əməkdar artist, 29 sentyabrda 49 yaşında qəfil ürək tutmasından vəfat edib.

Oqtay Şirəliyev - Sabiq səhiyyə naziri, 3 oktyabrda 75 yaşında evində qəfil dünyasını dəyişib.

Əminə Yusifqızı - Xalq artisti 9 oktyabrda 89 yaşında vəfat edib. O, 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. Əminə Yusifqızı 1958-1974-cü illərdə Akademik Milli Dram Teatrında, 1974-cü ildən isə "Azərbaycanfilm" kinostudiyasında dublyaj və səsləndirmə sahəsində fəaliyyət göstərib,

Əlisəmid Kür - Şair 13 oktyabrda 79 yaşında ağır xəstəlikdən sonra vəfat edib. 

Ramiz Quliyev - Xalq artisti, tarzən Ramiz Quliyev15 oktyabrda vəfat edib. O,1988-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. O, 2007-ci ildə "Şöhrət", 2017-ci ildə isə "Şərəf" ordeni ilə təltif olunub. 

Rəşad Bəxtiyarov - Əməkdar artist Rəşad Bəxtiyarov oktyabrın 16-da uzun sürən xəstəlikdən sonra 47 yaşında vəfat edib.

Vahid Əliyev - Əməkdar artist noyabrın 6-da 73 yaşında dünyasını dəyişib. 

Yadigar Muradov - Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov 18 noyabrda dünyasını dəyişib.Yadigar Muradov uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi. 

Roza Cəlilova - Xalq artisti noyabrın 19-da 96 yaşında vəfat edib.

Könül Vəlibəyli - Bakı Milli Geyim Evinin rəhbəri noyabrın 21-də Yasamalda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı dünyasını dəyişib. 

Ağakərim - Meyxanaçı, 19 dekabrda vəfat edib.Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.