“Zirə” “Səbail”ə, “Turan Tovuz” “Kəpəz”ə qarşı
Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura start veriləcək.
meqale.com "qafqazinfo"ya istinadən xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Lider "Zirə" evdə "Səbail"lə üz-üzə gələcək.
"Turan Tovuz" isə qərb derbisində "Kəpəz"lə münasibətlərinə aydınlıq gətirəcək.
"Sumqayıt" - "Qəbələ" və "Neftçi" - "Sabah" oyunları sabah keçiriləcək. "Araz-Naxçıvan" - "Qarabağ" oyunu isə oktyabrın 30-da keçiriləcək.
Azərbaycan Premyer Liqası 11-ci tur 28 oktyabr
"Zirə" - "Səbail" Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev Zirə İK stadionu, 16:00.
"Turan Tovuz" - "Kəpəz" Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı Tovuz şəhər stadionu, 19:00.