Yük maşını 14 avtomobili əzdi - ANBABAN GÖRÜNTÜ
Moskvada yük maşınının səbəb olduğu zəncirvari qəza olub.
meqale.com lente istinadən bildirir ki, bu barədə REN TV xəbər yayıb.
Mojayskoye şossesinin 20-ci kilometrliyində baş verən qəzada üç nəfər xəstəxanaya yerləşdirilib.
Kadrlardan görünür ki, maşınlar bir-birinin ardınca ya tıxac, ya da işıqfor səbəbindən dayanırlar.
Buna baxmayaraq, hərəkətdə olan yük maşını dayanan avtomobilləri əzib.
Hadisədə 14 avtomobilə ziyan dəyib.