Yamalın dəyəri fantastik həddə
Futbol aləmində gənc istedadların dəyərinin günü-gündən artdığı bir vaxtda, 17 yaşlı Lamin Yamalın qiyməti inanılmaz həddə çatıb.
meqale.com oxuya istinadən xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) hesablamasına görə, "Barselona"nın gənc ulduzunun bazar dəyəri 400 milyon avronu keçib və o, dünyanın ən dəyərli futbolçusu olub.
CIES Yamalın transfer dəyərini təxminən 402,3 milyon avro olaraq qiymətləndirir. 2024-cü ilin noyabrında 17 yaşı tamam olan Yamal cəmi 6 ay ərzində dəyərini 221,4 milyon avro artırmağı bacarıb.