Xətib İsraili təhdid etdi: Sarsıdıcı zərbələr alacaqsınız!
İsrail daha ağır, möhkəm və sarsıdıcı zərbələr alacaq.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu İranın təhlükəsizlik və kəşfiyyat naziri İsmayıl Xətib Ərdəbil şəhərində keçirilən toplantıda deyib.
O, HƏMAS-ın İsrailə qarşı hücumunu "islam dünyası üçün böyük qələbə" adlandırıb:
"HƏMAS-ın hücumu nəticəsində İsrailin bölgə ölkələri ilə münasibətlərini yaxşılaşdırmaq istiqamətindəki səyləri iflasa uğradı".