“Xatirə İslam dəfələrlə dəvət olunsa da, gəlməyib, Xankəndi adını yalanlarınızla çirkləndirməyin"

Müğənni Xatirə İslamın açıqlaması müzakirə yaradıb.

“Xatirə İslam dəfələrlə dəvət olunsa da, gəlməyib, Xankəndi adını yalanlarınızla çirkləndirməyin
Müğənni Xatirə İslamın açıqlaması müzakirə yaradıb.

meqale.com xəbər verir ki, sənətçi illərdir Mədəniyyət Nazirliyinin keçirdiyi tədbirlərdə yer almadığını deyib.

"Hər zaman söz-söhbətdən qaçmışam, heç vaxt ürəyimdən keçəni dilimə gətirməmişəm, hər zaman içimdə boğmuşam. Bir gün yəqin ki, içim dağılacaq. Çünki mən danışanda davamını saxlaya bilmirəm, sona qədər vuruşmağa da canım o deyil. Əsəbləşməyin, sizi sevirəm. Mən özüm də 19 yaşından bu yana dünyanın hər bir yerində Azərbaycanı təmsil etməyə getmişəm, çox xidmətlərim olub. Vaxtilə toylarımı atıb, pulsuz dövlət tədbirlərinə gedirdim ki, gələcəkdə bu mənə kömək ola bilər. O zaman 19 yaşım var idi. Xankəndidə doğulan yeganə ifaçıyam, sənətim də göz qabağında. "Xankəndi" əsərim də milyonların dilində. Bəs niyə Xankəndidə, Şuşada əsas tədbirlərdə mən yoxam? Mən heç vaxt, heç kimə nəyəsə görə danışmamışam, heç kimlə də problemim yoxdur. Amma bir yoldaş kimi sizə lazım olsa, yanınızdayam, hər mənada".

Məsələ ilə bağlı jurnalist Afət Telmanqızı bunları deyib:

"Son bir il ərzində Xatirə İslam 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Xankəndi şəhər Günü çərçivəsində keçirilən rəsmi tədbirlərə Mədəniyyət Nazirliyi tərəfindən iki dəfə dəvət olunub. Xatirə İslam isə hər iki halda şəxsi səbəblər göstərərək iştirakdan imtina edib. Mədəniyyət və dövlət əhəmiyyətli tədbirlərə dəvət olunan şəxslərin iştirak qərarı onların öz səlahiyyətidir. İctimaiyyətə yanlış məlumat ötürülməsi, faktların manipulyasiyası və reputasiyaya yönəlmiş cəhdlər qəbuledilməzdir.

Deməsəm olmaz. Müğənni Xatirə İslam yalanları ilə görəsən kimi qandırmaq istəyir? X. İslamın "Xankəndidə doğulan yeganə ifaçıyam, sənətim də göz qabağında. "Xankəndi" əsərim də milyonların dilində. Bəs niyə Xankəndidə, Şuşada əsas tədbirlərdə mən yoxam? Mən heç vaxt, heç kimə nəyəsə görə danışmamışam, heç kimlə də problemim yoxdur deyə verdiyi açıqlamada tək bir gerçək onun Xankəndidə doğulmasıdır. Sənəti, ifaçılığı nədir bu barədə heç nə yazmayacağam. Yalanı onun Xankəndidə keçirilən tədbirlərə dəvət olunmaması haqqında dedikəridir. 1 il ərzində ( Xankəndində işlədiyim müddət) Xankəndidə keçirilən bayram tədbirlərinə bu müğənni qatılmadı. Dəfələrlə burda keçirilən bayram konsertlərinə Xatirə İslam dəvət olunsa da müxtəlif səbəblər gətirib iştirakdan imtina edib. Buna mən şahidəm.Mədəniyyət və dövlət əhəmiyyətli tədbirlərə gəlmək istəməyən Xatirə İslam, siz niyə doğru olmayan məlumatlar verirsiniz? Hamıdan birinci siz bu torpağa gəlib, konsert verməliydiniz.Amma sizi burda görən olmadı. Doğrudur, sənətçinin hansı tədbirdə iştirak edib-etməməsi onun şəxsi qərarıdır. Siz də Xankəndidəki konsertlərdə iştirak etməmək qərarını özünüz vermisiniz. İnanın ki, sizdən heç bir gözlənti də yoxdur. İnsan torpağını sevəndə torpağı üçün əlindən nə gəlirsə edir. Sizin də bu torpağa verəcəyiniz tək şey burda oxuyacağınız mahnı ola bilərdi. Onu da özünüz çox görmüsünüz doğulduğunuz yerə. Heç olmasa Xankəndinin adını yalanlarınızla çirkləndirməyin".