Vüsalənin verilişini Nanə aparacaq

Xəbər verdiyimiz kimi, aparıcı Nanə Ağamalıyevanın "Günün sədası" verilişinin yayımı dayandırılıb. 

Vüsalənin verilişini Nanə aparacaq
Xəbər verdiyimiz kimi, aparıcı Nanə Ağamalıyevanın "Günün sədası" verilişinin yayımı dayandırılıb. 

meqale.com axşam.az-a istinadən bildirir ki, Nanə bundan sonra axşam verilişi ilə tamaşaçı qarşısına keçəcək. O, ATV-də "7 tamam" proqramına aparıcılıq edəcək. 

Qeyd edək ki, bundan əvvəl axşam saat 19:00-da "7 canlı" şousu efirə gedirdi. Proqrama uzun illər Vüsalə Əlizadə aparıcılıq edirdi. Ötən mövsüm isə o, kanaldan ayrılıb. Verilişə bir müddət İlhamə Bədəlova aparıcılıq etdi.