Uzun Həsənə həsr olunan nadir eksponatlar Heydər Əliyev Mərkəzinə gətirilir - VİDEO

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində açılacaq "Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı" sərgisində nümayiş olunacaq eksponatlar Mərkəzə gətirilməkdədir.

meqale.com xəbər verir ki, İstanbuldakı Hərb Muzeyində (Harbiye Askeri Müzesi ve Kültür Sitesi Komutanlığı) saxlanılan və indiyə qədər Türkiyə hüdudlarından kənara çıxarılmayan tarixi eksponatlar ilk dəfə Azərbaycanda təqdim ediləcək.

Noyabrın 1-dən 2024-cü il yanvarın 17-dək davam edəcək sərgidə Uzun Həsənin həyatı, onun yaratdığı Ağqoyunlu dövlətinə dair məlumat və eksponatları izləmək mümkün olacaq.