Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib - FOTO

Ucar şəhər 2 nömrəli tam orta məktəbin 1958-1960-cı illərdə inşa olunan binası ötən müddət ərzində köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü.

meqale.com xəbər verir ki, bu səbəbdən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 720 şagirdlik yeni məktəb binasının inşasına başlanılıb.

Tikintisi 2025-ci ilin dekabrında başa çatan üçmərtəbəli məktəb 5 korpusdan ibarətdir. Təhsil ocağının fənn kabinetləri və laboratoriyaları zəruri mebel və avadanlıqla, əyani vasitələrlə təchiz edilib.

Şagird və müəllimlərin istifadəsinə verilən sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompüter, hərbi-hazırlıq, tibb, əmək təlimi otaqları, kitabxana, bufet və yeməkxana, akt və idman zalları, açıq idman meydançası tədrisin yüksək səviyyədə həyata keçirilməsini təmin edəcək.

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.