Türkiyənin Hatay əyalətində meşə yanğını başlayıb, sakinlər təxliyə edilir
Türkiyənin Hatay əyalətinin Belen rayonunda meşə yanğını başlayıb.
meqale.com Trend-ə istinadən bildirir ki, evləri yanğın baş verən əraziyə yaxın olan sakinlər təxliyə edilirlər.
Yanğının söndürülməsinə 9 təyyarə və 21 helikopter cəlb edilib.
Yanğının səbəbi hələki məlum deyil.