Türkiyənin daha iki əyalətində meşə yanğını başlayıb

Türkiyənin Mersin və Osmaniye əyalətlərində meşə yanğını başlayıb.

Türkiyənin daha iki əyalətində meşə yanğını başlayıb
Türkiyənin Mersin və Osmaniye əyalətlərində meşə yanğını başlayıb.

meqale.com Trend-ə istinadən bildirir ki, Mersinin Gülnar rayonunda başlayan yanğını səbəbi hələlik məlum deyil.

Yanğının söndürülüməsinə 3 helikopter cəlb edilib.

Osmaniyenin Düziçi rayonunda başlayan yanğının səbəbi bilinmir.

Burada yanğının söndürülməsinə 1 helikopter cəlb edilib.

Hər iki əyalətdə yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Xatırladaq ki, daha əvvəl Türkiyənin Hatay əyalətinin Belen rayonunda meşə yanğını başlayıb.