Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ: Bina dağıldı, yaralananlar var - YENİLƏNİB
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində bina dağılıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Malatya vilayətinin qubernatoru Ersin Yazıcı deyib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində bir neçə nəfərdə yaralanıb.
Digər dağıntılar və tələfat barədə məlumat verilməyib.
--------
22:06
Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda 5,3 maqnitudalı zəlzələ baş verib.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ ocağının dərinliyi 7 kilometr olub.