Türkiyə təyyarələri NATO sammitinin təhlükəsizliyinin təmin edilməsində iştirak edir
Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri NATO-nun Vilnüsdə keçirilən sammitinin təhlükəsizliyinin təmin edilməsində iştirak edir.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, Litvada keçirilən tədbirin təhlükəsizliyini təmin etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə - erkən xəbərdarlıq təyyarəsi (HİK) və bir KC-135R yanacaqdoldurma təyyarəsi cəlb olunub.
Almaniyanın Gelzenkirxen bazasına göndərilən təyyarələr tədbirlər başa çatana qədər NATO komandanlığının göstərişlərinə uyğun olaraq müşahidə uçuşları və yanacaq doldurma tapşırıqlarını yerinə yetirəcək.