TBMM İsrail-Fələstin münaqişəsi ilə bağlı bəyanat yaydı
Qəzzada mülki şəxsləri hədəf alındığı bütün hücumları pisləyir, Fələstin və İsraili daimi sülh üçün danışıqlara başlamağa dəvət edirik.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sözügedən hadisələrlə bağlı keçirdiyi qapalı iclasının nəticələrinə dair bütün siyasi partiyaların imzaladığı bəyanatda deyilir.
Qeyd olunub ki, TBMM bütün tərəfləri sağlam düşüncə ilə hərəkət etməyə dəvət edir.