Tacikistanlı nazir Azərbaycanda hərbi hissəni ziyarət etdi - FOTO

Ölkəmizdə səfərdə olan Tacikistan Respublikasının müdafiə naziri general-polkovnik Şerali Mirzonun rəhbərlik etdiyi nümayəndə heyəti "N" hərbi hissəsini ziyarət edib.

Müdafiə Nazirliyindən meqale.com-a bildirilib ki, nümayəndə heyətinə hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi haqqında ətraflı brifinq təqdim edilib.

Tacikistanlı qonaqlar hərbi hissədə şəxsi heyət üçün yaradılan şərait, silah və döyüş texnikası ilə tanış olub, təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını izləyiblər.