Sülhməramlılar Qarabağda “ərik biznesi” qurublar - Zohrabyan

Rusiya sülhməramlıları öz səlahiyyətlərini yerinə yetirmək əvəzinə alverlə məşğul olurlar.

Sülhməramlılar Qarabağda “ərik biznesi” qurublar - Zohrabyan
Rusiya sülhməramlıları öz səlahiyyətlərini yerinə yetirmək əvəzinə alverlə məşğul olurlar.

meqale.com Trend-ə istinadən xəbər verir ki, Armenpress-in məlumatına görə bu sözləri Ermənistan parlamentinin sabiq üzvü Naira Zohrabyan jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında deyib.

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətini tənqid edən sabiq deputat fikrinin davamında bildirib ki, Ermənistandan və Qarabağdan olan bəzi iş adamları sülhməramlılarla birgə monopoliya qurublar.

N.Zohrabyan bildirib: "Onlar Rusiya sülhməramlılarına müəyyən miqdarda pul verərək öz məhsullarını Xankəndiyə göndərə və bir kiloqram əriyi üç min dramdan sata bilirlər".

meqale.com