Separatçıların qanunsuz hərbi daşımalarını Rusiya sülhməramlıları müşayiət edir - VİDEO
Sosial şəbəkələrdə erməni separatçıların Azərbaycanın Qarabağ bölgəsində, Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazisində qanunsuz hərbi daşımalarını əks etdirən görüntülər yayılıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, kadrlardan bəlli olur ki, rusiyalı sülhməramlılar qanunsuz hərbi daşımaları gerçəkləşdirən erməni hərbi birləşmələrini müşayiət edirlər.
Sülhməramlıların zirehli texnikasının müşayiəti ilə növbəti dəfə qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi aydın görünür.
Həmin kadrları təqdim edirik:
meqale.com