Şəmkirdə qohumu 1 yaşlı körpəni avtomobillə vuraraq öldürdü
Şəmkirdə qohumu 1 yaşlı körpəni avtomobillə vuraraq öldürüb.
meqale.com report-a istinadən xəbər verir ki, hadisə rayonunun Şiştəpə kəndində qeydə alınıb.
Belə ki, Ramin Həsənov idarə etdiyi "Hyundai SantaFe" markalı avtomobillə qohumuna məxsus fərdi yaşayış evinin qarşısında 2022-ci il təvəllüdlü Melisa Məmmədovanı vurub. Nəticədə azyaşlı aldığı xəsarətlərdən xəstəxanada ölüb.