Səhiyyə Nazirliyinin vəzifələri artırıldı
Səhiyyə Nazirliyinin fəaliyyət istiqamətləri və vəzifələri artırılıb.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.
Müvafiq sahədə dövlət tənzimləməsini həyata keçirmək, tibbi xidmətlərin keyfiyyətinə nəzarəti təmin etmək nazirliyin fəaliyyət istiqamətinə daxil edilib. Xidmətlər zərfinə daxil olmayan və tabeliyində olan tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini təsdiq etmək isə nazirliyin vəzifəsi olacaq.